Qazaxıstan prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb

Qazaxıstan prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb
# 10 sentyabr 2015 09:22 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovla görüşüb.

APA-nın “kazinform.kz” saytına istinadən verdiyi xəbər görə, görüş zamanı baş katib Qazaxıstan prezidentini qurumun hazırkı fəaliyyəti və sabah keçirilməsi planlaşdırılan dövlət başçılarının V Zirvə toplantısına hazırlıqla bağlı məlumatlandırıb. N. Nazarbayev sammitin Türk Şurasına üzv dövlətlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Onun sözlərinə görə, türkdilli dövlətlərin qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsinin əsas şərti fikir birliyi, eləcə də həyata keçirilən layihələrə hərtərəfli dəstəyin göstərilməsidir.

Öz növbəsində R. Həsənov N. Nazarbayev və qazax xalqını Qazax xanlığının yaranmasının 550 illiyi münasibətilə təbrik edib, bu tarixi hadisənin bütün türk dünyasının bayramı olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR