Ötən il 3100 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib

Ötən il 3100 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
# 15 fevral 2018 07:38 (UTC +04:00)

2017-ci ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3073 nəfər gəlib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə 1901 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1172 nəfər təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3,2 min nəfər gələn və 1,7 min nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1,5 min nəfər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR