Əhliman Əmiraslanov: "Azərbaycanda vərəmlə xəstələnmənin dinamikasında azalma baş verib”

Əhliman Əmiraslanov: "Azərbaycanda vərəmlə xəstələnmənin dinamikasında azalma baş verib”
# 30 yanvar 2018 09:44 (UTC +04:00)

“Son 5 ildə Azərbaycanda vərəmlə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər - azalma baş verib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında bildirib. O qeyd edib ki, 2010-cu ildə hər 100 000 nəfər əhali arasında 53 nəfər, 2016-cı ildə isə 38,9 nəfər vərəmlə xəstələnib: “Planetdə yaşayan hər üç insandan biri vərəm çöpünə yoluxur. Vərəm dünyada ən çox yayılmış yoluxucu xəstəliklərdən biridir. Bu istiqamətdə son illər tədbirlər həyata keçirilsə də, bu gün vərəm yalnız həkimləri deyil, cəmiyyəti də narahat edən bir problem olaraq qalır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR