BMT: Liviyada münaqişə qurbanlarının sayı kəskin artıb

BMT: Liviyada münaqişə qurbanlarının sayı kəskin artıb
# 02 fevral 2018 23:40 (UTC +04:00)

Liviyada dinc əhali arasında ölən və yaralananların sayı əvvəlki aylara nisbətən yanvar ayında kəskin artıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Liviyaya Dəstək Missiyasının (UNSMIL) məlumatında deyilir.

“Yanvarın 1-dən 31-dək ölkə ərazisində qeydə alınan hərbi əməliyyatlar zamanı 39 dinc sakin həyatını itirib, 63-ü yaralanıb. Ölənlərdən 33-ü kişi, 1-i qadın və 5-i yeniyetmə oğlanlardır”, məlumatda qeyd olunub.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR