Səhiyyə Nazirliyi dərman qıtlığı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

Səhiyyə Nazirliyi dərman qıtlığı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib
# 27 avqust 2015 17:49 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bununla bağlı bildirilir:

"Son günlər Akineton, Fenazepam və Alflutop adlı dərmanların apteklərdə tapılmaması barədə məlumatlar yayılır. Səhiyyə Nazirliyi bununla əlaqədar bildirir ki, bu dərmanlar Tarif Şurası tərəfindən qiymətləri tənzimlənmiş, habelə növbəti mərhələdə qiymətlərinin tənzimlənməsi nəzərdə tutulmuş təsiredici maddəyə malik dərmanların siyahısına daxil deyil».

Məlumatda qeyd olunub ki, Akineton adlı dərman vasitəsi Azərbaycan Respublikasında istehsalçı şirkət tərəfindən dövlət qeydiyyatından keçməyib və ona görə də bu dərman vasitəsini istehlakçılara almamaq tövsiyə olunur: “Amma müalicə həkiminin məsləhəti ilə bu preparatın alternativi kimi dövlət qeydiyyatına alınmış və Parkinson xəstəliyinin müalicəsində effektivliyi və təhlükəsizliyi təsdiqlənmiş Trihexyphenidyl, Carbidopa və Levadopa tərkibli dərman vasitələrindən istifadə etmək olar”.

Fenazepam preparatı psixotrop dərman vasitəsi olduğuna görə onun aptekdən satışı yalnız müalicə həkiminin təyinatı əsasında reseptlə aparılır: “Alflutop preparatının tərkibində xırda dəniz balıqlarının bioaktiv konsentratı var və osteoartrozun, osteoxandrozun, spondilyozun müalicəsində köməkçi vasitə kimi istifadə edilir. Bu cür xəstəliklərin müalicəsi üçün dövlət qeydiyyatında olan bir sıra dərman vasitələri mövcuddur, onlardan Chondroitin sulfat, Glucosamine sulfat və Alendronic acid tərkibli dərman vasitələrini göstərmək olar”.

Məlumata görə, bütün alternativ dərman vasitələri barədə ətraflı məlumat Analitik Ekspertiza Mərkəzinin www.pharma.az internet saytında verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR