Şirvanda maskalı şəxslər evə basqın edib, ev sahibi xəsarət alıb

Şirvanda maskalı şəxslər evə basqın edib, ev sahibi xəsarət alıb
# 09 sentyabr 2015 09:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Şirvanda yaşayış evinə basqın edən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 8-də saat 04 radələrində Şirvan şəhərində yaşayan Elşən Həsənovun mənzilinə oğurluq məqsədi ilə girmiş 2 maskalı şəxs onunla rastlaşdıqda küt alətlə xəsarət yetirərək hadisə yerini tərk edib.

Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şirvan sakinləri Süleyman Əhmədov və Ülvin Quliyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR