Tiflisdə iyunun 15-i qeyri-iş günü elan edilib - VİDEO

Tiflisdə iyunun 15-i qeyri-iş günü elan edilib - <span style="color: red;">VİDEO
# 15 iyun 2015 03:26 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərar təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması ilə məşğul olan dövlət strukturlarına şamil edilmir. “Fövqəladə qərargah, Daxili işlər nazirliyi, Maliyyə nazirliyi, Tiflis meriyası və onun müvafiq xidmətləri, Milli Bank və ölkənin kommersiya bankları əvvəlki iş rejimi ilə fəaliyyət göstərəcək”, sənəddə deyilir.

Son məlumatlara əsasən, Gürcüstanın paytaxtında iyunun 13-dən 14-nə keçən gecə baş verən daşqın nəticəsində ölənlərin sayı 12-yə çatıb, 50 nəfər xəsarət alıb, 24 nəfər itkin düşmüş hesab edilir.

Təbii fəlakət nəticəsində yollar və infrastruktur obyektlərinə ciddi ziyan dəyib, onlarla ailə evsiz qalıb. İyunun 15-i Gürcüstanda matəm günü elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR