"Trabzonspor" Türkiyə kubokunun finalına yüksəlib

"Trabzonspor" Türkiyə kubokunun finalına yüksəlib
# 09 may 2024 00:17 (UTC +04:00)

Futbol üzrə Türkiyə Kubokunun ikinci yarımfinal oyunun cavab qarşılaşması baş tutub.

APA xəbər verir ki, "Trabzonspor" komandası səfərdə "Karagümrük"ün qonağı olub.

Qarşılaşma trabzonlıların inamlı qələbəsi ilə yekunlaşıb - 0:4. Komandalar arasında ilk oyun da Trabzon nəhənginin 3:2 hesabı ilə üstünlüyü ilə bitmişdi.

Qeyd edək ki, Türkiyə Kubokunun finalında "Trabzonspor" İstanbulun "Beşiktaş" komandası ilə qarşılaşacaq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR