Bank Of Baku

UEFA və quruma üzv olan 55 milli assosiasiya FİFA-nın 2030-cu ildəki dünya çempionatı ilə bağlı planına qarşı birgə bəyanat yayıb

UEFA və quruma üzv olan 55 milli assosiasiya FİFA-nın 2030-cu ildəki dünya çempionatı ilə bağlı planına qarşı birgə bəyanat yayıb
# 30 iyul 2026 21:52 (UTC +04:00)

UEFA və quruma üzv olan 55 milli assosiasiya FİFA-nın dünya çempionatı və digər turnirlərdə payların özəl investorlara satılması planına qarşı birgə bəyanat yayıb.

Apasport.az xəbər verir ki, bəyanatda dünya çempionatının kommersiya məhsulu olmadığı və heç vaxt satışa çıxarıla bilməyəcəyi vurğulanıb.

UEFA FİFA-nın bu təşəbbüsü futbol ictimaiyyəti ilə məsləhətləşmədən irəli sürdüyünü bildirərək bunu rəhbərlik baxımından ciddi uğursuzluq adlandırıb.

Qurumun bəyanatında qeyd olunub ki, milli assosiasiyalar qarşısında seçim qoyulub: ya bu planı qəbul etməli, ya da nəticələrinə qatlaşmalıdırlar. UEFA bunu “demokratik qərar” deyil, təzyiq yolu ilə idarəçilik kimi qiymətləndirib.

Bəyanatda vurğulanıb ki, özəl investorlar FİFA turnirlərində pay sahibi olacağı təqdirdə futbolun gələcəyi idman maraqları ilə deyil, səhmdarların maliyyə gözləntiləri ilə müəyyənləşəcək.

UEFA bildirib ki, bu model dünya futbolunda qəbuledilməzdir və Avropa futbolu ona heç vaxt legitimlik verməyəcək.

Qurum həmçinin açıqlayıb ki, FİFA bu təklifdən tamamilə imtina etməyənə və gələcəkdə yarışların idarəçiliyinin özəl mülkiyyətə açılmayacağına dair hüquqi təminat verməyənə qədər UEFA-ya üzv ölkələrin milli komandaları FİFA-nın təşkil etdiyi heç bir yarışda iştirak etməyəcək.

Sonda vurğulanıb ki, dünya çempionatı futbola məxsusdur, satış obyekti deyil və Avropanın səsi olduğu müddətdə belə də qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR