Fransa saytı I Avropa Oyunlarının yekunu ilə bağlı məqalə dərc edib

Fransa saytı I Avropa Oyunlarının yekunu ilə bağlı məqalə dərc edib
# 29 iyun 2015 10:00 (UTC +04:00)

Bakı - APA. Fransanın “ladepeche.fr” saytı Birinci Avropa Oyunlarının yekunu ilə bağlı məqalə dərc edib.

APA-nın məlumatına görə, məqalədə Bakının bu oyunların təşkili ilə digər böyük idman tədbirlərinə ev sahibliyi etməyə qadir olduğu yazılıb:

“Təşkilatçılıq çox gözəl idi. Bakı 2,5 il ərzində 66 minlik Olimpiya stadionu tikməklə, böyük şücaət göstərib. Medallarda da olimpiya halqaları təsvir olunmuşdu. Oyunlarda 12 min könüllü yüksək peşəkarlıq nümayiş etdirib. Yollarda yalnız akkreditasiyalı avtomobillərin istifadəsi üçün xüsusi xətt çəkilmişdi”.

Saytda dərc olunmuş məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fikirləri də yer alıb. O, Oyunların yüksək səviyyədə keçdiyini və Azərbayanın Olimpiya Oyunlarına iddialı olduğunu bildirib.

Məqalədə həmçinin qeyd olunub ki, Azərbaycan 2016-cı ildə “Formula 1” yarışlarına, 2017-ci ildə İslam Oyunlarına və 2020-ci ildə futbol üzrə Avropa Çempionatına ev sahibliyi edəcək.

Ukraynanın “sport.bigmir.net” portalında isə I Avropa Oyunlarının bağlanış mərasimi ilə bağlı fotosessiya yerləşdirilib. APA-nın məlumatına görə, “Əlvida Bakı! Bağlanış mərasimindən parlaq fotolar” başlıqlı yazıda bağlanış mərasimi zamanı təşkilatçıların 10 min pirotexniki vasitələrdən istifadə etdiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR