Azərbaycan Mərkəzi Bankı: Manatın məzənnəsinin korreksiyası zəruri idi

Azərbaycan Mərkəzi Bankı: Manatın məzənnəsinin korreksiyası zəruri idi
# 01 aprel 2015 10:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Azərbaycanda manatın məzənnəsinin korreksiyası zəruri idi.

APA-Economics”in məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət komitəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

"Xüsusilə peşəkar şəxslər bunun zəruriliyini daşa düşürdülər. Bu, əslində manatın devalvasiyası yox, Azərbaycan neftinin devalvasiyası idi. Çünki, vaxt var idi Azərbaycan nefti 140 dollara satılırdı, indi isə onun qiyməti 3 dəfə aşağı düşüb. Mərkəzi Bankın da ödəmə balansı var. Bununla bağlı mütləq məsuliyyətli qərar qəbul etmək lazım idi", - deyə E. Rüstəmov qeyd edib.

Baş bankir əlavə edib ki, manatın məzənnəsinin korreksiyası əsasən daxili bazarın qorunmasına, digər tərəfdən xaricə ixracın stimullaşdırılmasına hesablanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR