Birinci Avropa Oyunları 100-dən çox ölkədə birbaşa yayımlanacaq

Birinci Avropa Oyunları 100-dən çox ölkədə birbaşa yayımlanacaq
# 02 mart 2015 19:53 (UTC +04:00)

Bakı-APA. “Birinci Avropa Oyunları həm humanitar, həm də infrastruktur baxımından Azərbaycanda böyük irs qoyacaq. On yeddi gün ərzində Avropanın bütün ölkələrindən olan 6 mindən çox atlet idmanın 20 növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparacaq. İdman növlərinin 16-sı Olimpiya növüdür. Yarışları 600-dən çox jurnalist işıqlandıracaq. Oyunlar 18 idman qurğusunda, o cümlədən xüsusilə bu yarışlar üçün tikilmiş 5 yeni obyektdə keçiriləcək”.

APA-nın xəbərinə görə, bunu Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari deyib.

Onun sözlərinə görə, Avropa Oyunlarında həm Azərbaycandan, həm də qitə ölkələrindən 16 mindən çox könüllü iştirak edəcək: “Altı mindən çox incəsənət xadiminin ifasında təqdim olunacaq açılış və bağlanış mərasimləri dünyanın 100-dən çox ölkəsində birbaşa yayımlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR