Abşeronda evdən qadın meyiti tapılıb - YENİLƏNİB

Abşeronda evdən qadın meyiti tapılıb - YENİLƏNİB
# 05 dekabr 2019 10:55 (UTC +04:00)

Abşeronda evdən meyiti tapılan qadının xəstəlikdən öldüyü məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, həyata keçirilən araşdırmalar zamanı evdən meyiti tapılan Firuzə Verdiyevanın epilepsiya xəstəliyindən əziyyət çəkməsi və onun ölümünə də həmin xəstəliyin səbəb olduğu müəyyənləşib.

Qeyd edək ki, hadisədən dərhal sonra ilkin ehtimal kimi F. Verdiyevanın qətlə yetirilməsinə dair xəbərlər yayılmışdı.

***

4 dekabr, saat 22:56

Abşeronda ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsindəki evlərdən birində qeydə alınıb. Evə baxış keçirilən zaman 1994-cü il təvəllüdlü Verdiyeva Firuzə Kamandar qızının meyiti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR