Bakıda avtomobillə iki piyada vurulub

Bakıda avtomobillə iki piyada vurulub
# 14 oktyabr 2014 07:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda piyadaların vurulması ilə nəticələnən yol qəzaları baş verib.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Hüseynov Fərhad Mirəli oğlu idarə etdiyi “Kia Cerato” markalı avtomobillə yolu keçmək istəyən Mədətov Şaiq İsa oğlunu vurub. Piyada aldığı xəsarətdən dünyasını dəyişib.

Digər hadisə isə Yasamal rayonunda qeydə alınıb. Atabəy Əliyev idarə etdiyi "Toyota Prado" markalı avtomobillə yolu keçmək istəyən Vadim Tərlanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR