Azərbaycanla Seneqalın gömrük xidmətləri kadr hazırlığı sahəsində əməkdaşlıq edəcək - FOTOSESSİYA

Azərbaycanla Seneqalın gömrük xidmətləri kadr hazırlığı sahəsində əməkdaşlıq edəcək - <span style="color: red;">FOTOSESSİYA
# 08 sentyabr 2014 09:12 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Seneqalın İqtisadiyyat və Maliyyə Nazirliyinin Baş Gömrük İdarəsinin baş direktor müavini Noiaye Aliunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-Economics”in məlumatına görə, görüşdə qonaqları salamlayan A. Əliyev bildirib ki, Seneqalla Azərbaycanın münasibətləri yüksələn xətlə inkişaf edir.


DGK sədrinin sözlərinə görə, bugünkü görüş haqda razılıq 2013-cü ildə Brüsseldə keçirilən tədbir çərçivəsində əldə olunub.

O, dost ölkə olaraq Seneqal tərəfini maraqlandıran bütün sahələrdə əməkdaşlığın təklif olunduğunu deyib. “Elektron hökumət” layihəsindən söz açan komitə sədri qeyd edib ki, DGK bu məsələdə ən qabaqcıl qurumlardan biridir.

A. Əliyev həmçinin ölkədə yaradılan Kinoloji xidmət haqda qonaqları məlumatlandırıb. Komitə sədri deyib ki, bu mərkəzdə təlim keçən itlər bir çox dövlətlərin gömrük xidmətlərinə hədiyyə olunur və uğurla fəaliyyət göstərirlər.

Sədr onu da əlavə edib ki, Seneqalla Azərbaycan arasında bu günə qədər heç bir rəsmi sənəd mövcud deyil.

“Kadrların hazırlanması sahəsində iki ölkə arasında sənəd imzalanmasına başlaya bilərik və bu sahədə gələcək əməkdaşlığımızın bünövrəsi bu görüşdə qoyula bilər”.

N. Aliu isə öz növbəsində A. Əliyevin bu təklifini nəzərdən keçirəcəklərini bildirib: “Ümid edirəm ki, bu sahədə əməkdaşlığımız uğurlu alınacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR