Masallı sakini əmisi oğlu olan iki qardaşı bıçaqlayıb, qardaşlardan biri ölüb

Masallı sakini əmisi oğlu olan iki qardaşı bıçaqlayıb, qardaşlardan biri ölüb
# 20 avqust 2014 09:23 (UTC +04:00)

Masallı Rayon Prokurorluğunun müstəntiqi Elmar Əhmədlinin APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə ötən gecə saat 23.00 radələrində rayonun Xırmandalı kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Ramal Şirməmməd oğlu Muradov şəxsi münaqişə zəminində əmisi oğlanları - 1988-ci il təvəllüdlü Zəbulla və 1991-ci il təvəllüdlü Samin Əmirzadə oğlu Muradov qardaşlarına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Xəstəxanaya yerləşdirilmiş Z. Muradovu xilas etmək mümkün olmayıb. S. Muradovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Hadisəni törətmiş R. Muradov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Daxili İşlər Nazirliyi də baş vermiş qətllə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 19-da Masallı rayonu Xırmandalı kəndində kənd sakini Ramal Muradov münaqişə zəminində qohumu Zəbulla Muradova və onun qardaşı Saminə bıçaqla xəsarətlər yetirib. Xəstəxanaya yerləşdirilən Z. Muradov orada ölüb, Saminin vəziyyəti isə orta-ağırdır.

R. Muradov könüllü olaraq Masallı Rayon Polis Şöbəsinə gələrək təslim olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR