FHN Mülki müdafiə qoşunlarının Qəza-xilasetmə taborunun təlimi keçirilib

FHN Mülki müdafiə qoşunlarının Qəza-xilasetmə taborunun təlimi keçirilib
# 28 noyabr 2014 09:17 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının Qəza-xilasetmə taborunun iştirakı ilə «Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkil edilməsi və keçirilməsi» mövzusunda taktiki təlim keçirilib.

APA-nın «Fövqəladə Hallar» qəzetinə istinadən verdiyi məlumata görə, təlimin keçirilməsində məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı şəxsi heyətin sayıqlığının, bir xilasedici kimi bilik və bacarıqlarının, əməliyyat tədbirlərinin hansı səviyyədə olduğunu yoxlamaq, alət, avadanlıq və texnikadan təhlükəsizlik qaydalarına ciddi əməl etməklə, praktiki istifadə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti olaraq Sumqayıt şəhərindən 50 km şimal-qərbdə Xəzər dənizində Rixter çədvəli ilə 7 bal gücündə zəlzələ baş verməsi və nəticədə Sumqayıt və Xırdalan şəhərlərində yaşayış binalarında dağıntılar zamanı ölən və yaralananların, qaz və su xətlərində partlayışlar, torpaq sürüşmələri və onların nəticələrinin aradan qaldırılması ssenariləri imitasiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR