Dövlət Musiqili Teatrında Şarl Perronun “Yatmış gözəl və cırtdanlar” əsərinin nümayişi olacaq

Dövlət Musiqili Teatrında Şarl Perronun “Yatmış gözəl və cırtdanlar” əsərinin nümayişi olacaq
# 27 noyabr 2014 16:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrında Şarl Perronun “Yatmış gözəl və cırtdanlar” əsərinin nümayişi olacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu-rejissoru Elşad Rəhimzadədir.

Tamaşadan başqa Yeni İl şənliklərində balacaları Disneyin məşhur nağıl qəhrəmanları, sehrli pərilər, oyunbaz cırtdanlar, cadugər, Santa Klaus, sevimli nağıl personajları – Makdonald, Vinni Pux və başqaları ilə əyləncəli anlar gözləyir.

Dekabrın 25-dən yanvarın 10-a qədər təşkil olunacaq Yeni İl şənliklərinə və “Yatmış gözəl və cırtdanlar” tamaşasına biletləri teatrın və şəhərin kassalarından əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR