Bu ilin 11 ayında daşınmaz əmlakın icbari sığortası üzrə 15 mln. manata yaxın sığorta haqqı yığılıb

Bu ilin 11 ayında daşınmaz əmlakın icbari sığortası üzrə 15 mln. manata yaxın sığorta haqqı yığılıb
# 02 dekabr 2014 11:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Noyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 12,3 mindən çox sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə daşınmaz əmlakın icbari sığortası üzrə 12 049, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 262, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 33 sığorta müqaviləsi bağlanıb.

Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 999 249 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 23 460 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 17 884 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 2,71% və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 0,38% azalma müşahidə edilib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 78,07%-i yaşayış evləri və mənzillər, 0,13%-i inzibati binalar, 21,80%-i digər daşınmaz əmlakla bağlı olub. İcbari qaydada sığortalanmış yaşayış evləri və mənzillərin rayonlar üzrə bölgüsü aşağıdakı kimi olub:

Ümumilikdə 2014-cü ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 142 343 sığorta müqaviləsi bağlanılıb ki, bu sığorta müqavilələri üzrə sığorta haqqları 14 745 842 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR