Samur-Abşeron kanalında 11 yaşlı uşağın batdığı ehtimal olunur - YENİLƏNİB

Samur-Abşeron kanalında 11 yaşlı uşağın batdığı ehtimal olunur - <span style="color: red;">YENİLƏNİB
# 14 oktyabr 2014 21:32 (UTC +04:00)

APA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, bu 2003-cü il təvvəlüdlü Zahidov Elvin Famil oğludur. Göbələk yığmağa gedən Elvinin yanında başqa bir uşağın da olduğu bildirilir. Elvin suya düşəndən sonra həmin uşaq ailəsinə xəbər verib. Axtarışlar davam etdirilir.

**** 22.42

Bakı-APA. Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində bir nəfərin batdığı ehtimal olunur.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin dalğıc-xilasediciləri həmin şəxsin axtarışına başlayıblar.

Əlavə məlumat veriləcək

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR