Yaşlı qadını öldürən şəxsə hökm oxunub

Yaşlı qadını öldürən şəxsə hökm oxunub
# 31 oktyabr 2014 13:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən 65 yaşlı Şərbət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Ş. Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1949-cu il təvəllüdlü Şərbət Hümbət oğlu Məmmədov Neapol küçəsi-21 ünvanında yaşayan 1941-ci il təvəllüdlü Skoroboqatova İrayida İvanovnanı yaşadığı mənzildə xüsusi amansızlıqla öldürüb. O, qadına çoxsaylı bıçaq zərbələri vurub.

Cinayət onların mübahisəsi zamanı baş verib. Mübahisəyə səbəb isə mənzil olub. Belə ki, Ş.Məmmədov istintaqa ifadəsində bildirib ki, İrayida Skoroboqatova uzun müddət Məmmədovlar ailəsinin himayəsində yaşayıb. O, ömrünün sonunda mənzilini Məmmədovlar ailəsinə verəcəyini vəsiyyət edib. Lakin söhbət zamanı Şərbət Məmmədov düşünüb ki, qadın mənzili başqa birisinə vermək fikrindədir. Bu səbəbdən əsəblərini cilovlaya bilməyib və qadını bıçaqlayıb.

Araşdırmalar zamanı o da məlum olub ki, əslində İrayida Skoroboqatova mənzilini Məmmədovlar ailəsinə vəsiyyət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR