Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda bir gündə baş vermiş yol qəzaları nəticəsində 7 nəfər ölüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 29-da respublikanın avtomobil yollarında 14 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 28 nəfər yaralanıb.
Hər bir faktla bağlı araşdırma aparılır.