Qəzzada gedən döyüşlərdə gün ərzində 50 fələstinli həlak olub

Qəzzada gedən döyüşlərdə gün ərzində 50 fələstinli həlak olub
# 30 iyul 2014 12:29 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra bildirib ki, səhər saatlarında BMT-nin Qəzzadakı məktəbinə olan hücum nəticəsində 13 nəfər ölüb.

Qəzzanın cənubunda yerləşən Rəfah şəhərində 10 nəfərlik ailə bütöv məhv olub. Ümumiyyətlə, gecə saatlarında 47 nəfər öldürülüb. Əməliyyatların 22-ci günündə 1267 nəfərin öldüyü, 7100 nəfərin yaralandığı qeyd olunur.

İsrail ordusundan mətbuata verilən məlumata görə, Qəzzada 75 hədəfə 2670 raket atılıb. Hədəflərdən beşi məscid olub ki, Təl-Əvivin iddiasına görə, həmin məscidlərdə HAMAS-ın silah anbarları yerləşir. Hərbçilərin dediyinə görə, ötən gecə ərzində Qəzzadan cəmi 2 raket atılıb.

İyulun 7-dən İsrail tərəfdən 53-ü hərbçi olmaqla 56 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR