Lənkəranda 11 yeni məktəb binası istifadəyə veriləcək

Lənkəranda 11 yeni məktəb binası istifadəyə veriləcək
# 03 sentyabr 2014 14:23 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Sentyabrın 15-də Lənkəranda 11 yeni məktəb binası istifadəyə veriləcək. APA-nın cənub bürosunun məlumatına görə, bunu Lənkərandakı Heydər Əliyev Mərkəzində keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova deyib. Qeyd olunub ki, şəhər 8 nömrəli, Bəliton, Yuxarı Nüvədi, Xanbulan, Darquba, Separadi, Tükəvilə kənd tam orta, Daşdalığjar, Tütəpeştə, Qurumba və Şağlaser kənd ümumi orta məktəbləri üçün tikilən yeni binalar müasir inventar və avadanlıqlarla, kompüter texnologiyaları ilə təmin olunub.

Ş. Əhmədova ali məktəblərə növbəti qəbul imtahanlarının nəticələri haqqında məlumat verərək bildirib ki, keçən tədris ilində məktəbləri bitirən 1699 nəfər məzundan 900 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənədlərini SQK-lara təqdim ediblər. Onlardan 473 nəfəri ali məktəblərə qəbul olunub ki, bu da keçən ilki nəticədən 13 nəfər çoxdur.

Qəbul olunanlardan 52 nəfəri 500-dən yuxarı, 33 nəfəri 600-dən yuxarı bal toplayıb.

Konfransda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Təhsil Nazirliyinin məsul işçisi Əlhiyyəd Adıgözəlov çıxış edərək yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR