ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Zaqatala rayonuna səfər edib - FOTO

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Zaqatala rayonuna səfər edib - <span style="color: red;">FOTO
# 05 noyabr 2014 17:13 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, diplomat Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə görüşüb.

Görüşdə rayonun iqtisadi, kənd təsərrüfatı, təhsil və mədəniyyət məsələləri müzakirə edilib. Bildirilib ki, son illər Dövlət proqramları çərçivəsində Zaqatalanın infrasturukturu yenilənib, mədəni irsin qorunması istiqamətində, turizm sektorunda layihələr icra olunub. Müvəqqəti işlər vəkili Derek Hoqan və rayon rəhbərliyi daha sonra Zaqatala şəhəri ilə tanış olub, tarix-memarlıq abidələrinə baş çəkib. Daha sonra ABŞ-lı diplomat Zaqatala fındıq zavoduna gedərək müəssisənin fəaliyyəti ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR