Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqları narkomaniyadan qorumaq üçün təkliflər hazırlayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqları narkomaniyadan qorumaq üçün təkliflər hazırlayıb
# 09 dekabr 2014 08:24 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bu gün uşaqların narkomaniyadan yayınması məqsədilə valideyn məsuliyyətinin artırılması məsələsi gündəmə gəlib”.

APA-nın məlumatına görə, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabatda əksini tapıb.

Dövlət Komitəsinin şöbə müdiri qeyd edib ki, cəmiyyətdə sağlam ailə nümunəsinin təşviqini gücləndirmək məqsədilə maarifləndirmə işləri davam etdirilməli, məktəblərdə, ümumiyyətlə bütün təhsil ocaqlarında narkomaniya ilə mübarizə məqsədilə xüsusi qabaqlayıcı tədbirlər həyata keçirilməlidir.

Dövlət Komitəsi hesab edir ki, bu təkliflərin icrası ölkədə narkotiklər və narkomaniya ilə mübarizənin effektivliyini artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR