Azərbaycanın xarici işlər naziri Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcək

Azərbaycanın xarici işlər naziri Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcək
# 22 iyul 2014 09:59 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik “Twitter” səhifəsində yazıb.

“Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə Qarabağ məsələsini müzakirə etmək üçün Brüsselə gəlmişəm. Biz münaqişənin danışıqlar yolu ilə nizamlanmasına çalışırıq”, -deyə C. Uorlik qeyd edib.

Qeyd edək ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin iyulun 22-də keçiriləcək 5-ci görüşündə iştirak etmək üçün Brüsseldə səfərdədirlər. Həmsədrlərin nazirlərlə görüşü də bu səfər çərçivəsində baş tutacaq.

Ermənistan XİN E. Nalbandyanın həmsədrlərlə görüşəcəyini artıq təsdiqləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR