Bu il AHİK xətti ilə 50 mindən çox insan sanatoriyalarda istirahətə göndərilib

Bu il AHİK xətti ilə 50 mindən çox insan sanatoriyalarda istirahətə göndərilib
# 10 sentyabr 2014 09:58 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Bu il 50 mindən çox insan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə müxtəlif sanatoriyalarda istirahətə göndərilib”.


APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev deyib.


S.Mehbalıyev qeyd edib ki, yeni tədris ili başladığı üçün, ailəvi istirahətə göndərişlər dayandırılıb: “Çünki uşaqlar məktəbə getdikləri üçün ailələr uşaqları ilə birgə istirahətə gedə bilmirlər. Ancaq fərdi qaydada göndərişlər hələ də davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR