İran İsrailin pilotsuz təyyarə göndərməsini cavabsız qoymayacaq

İran İsrailin pilotsuz təyyarə göndərməsini cavabsız qoymayacaq
# 25 avqust 2014 14:27 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. İran İsrailin “Natanz” nüvə kompleksinə pilotsuz təyyarə göndərməsini cavabsız qoymayacaq.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu “İslam İnqilabı Keşikçiləri Korpusu”nun (SEPAH) rəhbərlərindən biri olan general Əli Hacızadə deyib.

O bildirib ki, buna cavab olaraq, Tehran fələstinlilərin silahlanmasını gücləndirə bilər.

Qeyd edək ki, təyyarəni İranın havadan müdafiə sistemləri vurub. Hazırda mütəxəssislər təyyarənin yaddaş bloku yoxlayırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR