Qaradağda baş vermiş qəzada 4 nəfər xəsarət alıb - FOTO - VİDEO

Qaradağda baş vermiş qəzada 4 nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 dekabr 2014 21:02 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Qaradağ rayonu ərazisində 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, qəza Xocasən-Lökbatan yolunda qeydə alınıb.

Xocasən qəsəbəsi istiqamətində hərəkət edən KİA və Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik maşınları toqquşub. Zərbənin gücündən KİA yolun kənarındakı yarğana düşüb. Qəza nəticəsində 4 nəfər - Həsənov Mirmehdi Mirməhəmməd oğlu (1988), Zaur Eynullayev (1974), Qantayeva Ziyafət Məhəmməd qızı (1963) və Naximova Əminə Məhəmməd qızı (1963) xəsarət alıblar. Yaralıalar Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR