Bakı. Fuad Cəfərov - APA. Bakıda intihar hadisələri baş verib.
Sabunçu Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə Balaxanı qəsəbəsində Dirçəliş küçəsi ev 45-də yaşayan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Xatəm Mirzəəkbər oğlu Şabanov özünü asaraq intihar edib.
Digər intihar hadisəsi isə Məhəmmədi qəsəbəsi, ev 12, mənzil 9-da qeydə alınıb. Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Ləman Süleyman qızı Abdullazadə yaşadığı evdə özünü asaraq intihar edib.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.