Lənkəranda istintaqdan yayınan tiryəkxana sahibi tutulub

Lənkəranda istintaqdan yayınan tiryəkxana sahibi tutulub
# 12 noyabr 2014 12:46 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yuxarı Nüvədi kənd sakini, əvvəllər məhkum olunmuş, 34 yaşlı Davud Musatafayev və onunla əlbir olan keçmiş məhkum, Astara rayonunun Ərçivan qəsəbə sakini, 36 yaşlı Emil Zərbiyev tutulub.

Bu barədə APA-nın cənub bürosuna Lənkəran ŞRPŞ-nin müstəntiqi Vurğun Məmmədov məlumat verib. Onun sözlərinə görə, ötən həftə aparılan axtarışlar zamanı D. Mustafayevin evində qurduğu tiryəkxanadan 34 qutuda 182 qram marixuana, 14 bükümdə 32 qram həşiş, 7 bükümdə və bir ədəd selofan bükümdə 57 qram heroin, 150 qram çətənə bitkisinin toxumu, 1 ədəd elektron tərəzi, marixuana çəkmək üçün istifadə edilən siqaretlər, 10 ədəd şpris və 10 ədəd distillə olunmuş su ampulası aşkar olunub.

Əməliyyat-axtarış tədbirləri zamanı Davud Mustafayevin evində həmçinin 3 narkotik istifadəçisi də saxlanılıb.

Saxlanılan şəxslərdən rayon sakinləri, əvvəllər məhkum olunmuş, 38 yaşlı İsfəndiyar Sabir oğlu Mustafayevdən 0,5 qram, 21 yaşlı Murad Famil oğlu Həbibovdan 0,1 qram heroin, 39 yaşlı Zülfüqar Adil oğlu Quliyevdən 0,1 qram heroin aşkar edilərək götürülüb.

Həmin vaxt D.Mustafayev qaçaraq istintaqdan yayınsa da, isti izlərlə ələ keçirilib. İstintaqla müəyyənləşdirilib ki, D. Mustafayev satış məqsədilə bir neçə dəfə Emil Zərbiyevdən narkotik vasitə əldə edib. E.Zərbiyev isə dostunun ona şər atdığını söyləyib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR