Bakı. Zümrüd Paşayeva – APA. Ermənistan baş naziri Ovik Abramyan İrana səfər edəcək.
APA-nın “panorama.am” saytına istinadən verdiyi xəbərə görə, səfər gələn həftənin əvvəlində gerçəkləşəcək.
Səfər çərçivəsində O. Abramyanın İranın yüksək səviyyəli rəsmiləri ilə görüşləri planlaşdırılıb.