İranda qız məktəblərinə hücumları dövlət içərisində olan müəyyən qruplar təşkil edir.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Günaz TV"nin təsisçisi Əhməd Obalı deyib.
O bildirib ki, həmin qruplar Prezident İbrahim Rəisiyə yaxın olanlardır:
“Sıravi şəxslər bu qədər zəhəri əldə edə bilməz. Onlar millətdən qisas almaq istəyirlər. Təkcə birinci zəhərlənmə hadisəsində 7 mindən çox qız zəhərlənmişdi. Amma hökumət bu rəqəmin 2 min olduğunu açıqlamışdı. Ondan sonra yenə də proses davam edib. Hazırda zəhərlənənlərin sayı 20 minə yaxındır”.