Bank Of Baku

Azərbaycan paytaxtında baş verən atışmada yaralanan Nardaran sakini ölüb

Azərbaycan paytaxtında baş verən atışmada yaralanan Nardaran sakini ölüb
# 13 avqust 2008 08:52 (UTC +04:00)
Bu barədə APA-ya sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin rəisi Azər Cahangirov məlumat verib. Onun sözlərinə görə, atışma nəticəsində daha bir qadın yaralanıb. Hələlik onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Bölmə rəisi hazırda Nardaran qəsəbəsində sakitlik olduğunu, öldürülən şəxslərin polisə silahlı müqavimət göstərdiklərini bildirib: “Öldürülən şəxslər törətdikləri ağır cinayətlərə görə, uzun müddətdir, axtarışda idilər. Onların tutulması üçün keçirilən əməliyyat zamanı cinayətkarlar odlu silahlardan istifadə etdilər. Hətta polislərin üstünə qumbara da atdılar. Bundan sonra polis silahdan istifadə etdi”.

Qeyd edək ki, polislə atışma zamanı Zülfüqar Cabbarov, onun atası Əmirxan Cabbarov öldürülüblər, onların qohumu A. Muxtarov isə yaralanıb. 1985-ci il təvəllüdlü Z. Cabbarov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq oldu silah, onun komplekt hissələrin, döyüş sursatını, partlayıcı maddələri və qurğuları əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə axtarışda olub. Z. Cabbarov bir neçə ağır cinayət törətdiyi üçün barəsində axtarış elan edilib. Onun tutulması üçün daha əvvəl keçirilən əməliyyat zamanı Z. Cabbarov 14-cü polis bölməsinin rəis müavini, polis mayoru, 40 yaşlı Zaur Bədəlovu güllələyərək, hadisə yerindən qaçmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR