Bank Of Baku

Azərbaycanda axtarışda olan şəxsin Dağıstandakı qanunsuz silahlı birləşmənin tərkibində döyüşdüyü məlum olub

Azərbaycanda axtarışda olan şəxsin Dağıstandakı qanunsuz silahlı birləşmənin tərkibində döyüşdüyü məlum olub
# 13 avqust 2008 13:40 (UTC +04:00)
Qanunsuz silahlı birləşmə üzvlərinin respublikanın cənub rayonlarındakı meşə massivində gizləndiyi bildirilir. Dərbənd şəhər kriminal polisinin rəisi Ağaxan Hacımuradovun APA-nın Dağıstan bürosuna verdiyi məlumata görə, terrorçu qruplaşma üzvlərinin əksəriyyəti cənub rayonlarının sakinidir. Onların arasında Azərbaycan vətəndaşları da var. Silahlı dəstənin fəal üzvlərindən Telman Abdullayev Qusar rayon sakinidir, əvvəllər Azərbaycan vətəndaşı olan Malik Əliyev isə sonradan
Rusiya vətəndaşlığını qəbul edib. A. Hacımuradovun sözlərinə görə, dəstənin azərbaycanlı üzvləri İ. Mollaçiyevin köməyi ilə Azərbaycan ərazisinə də keçə bilirlər.
Qeyd edək ki, Qusar rayon sakini, vəhhabi təriqətinə mənsub Telman Abdullayev 2007-ci ilin sentyabrında odlu silahla Qusar rayon Polis Şöbəsinin iki əməkdaşını yaralayaraq qaçıb. T. Abdullayevin də daxil olduğu vəhhabilərdən ibarət qrup üzvləri Azərbaycanda məhkum ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR