Bank Of Baku

Bərdədə bir il əvvəl baş verən oğurluğun üstü açılıb

Bərdədə bir il əvvəl baş verən oğurluğun üstü açılıb
# 14 avqust 2008 09:43 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA Bərdədə bir il əvvəl baş vermiş oğurluq cinayətinin üstü açılıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, ötən il sentyabrın 25-də Bərdə şəhər, Üzeyir Hacıbəyov küçəsi, bina 33, mənzil 55-də yaşayan İbrahimova Aygün Tofiq qızının polisə müraciət edərək evindən 15 min dollar dəyərində qızıl zinət əşyaları və 10 min AZN oğurlandığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu Bərdə şəhər sakini, 1981-ci il təvəllüdlü Mustafayev Samir Nizami oğlu törətdiyi müəyyənləşib. Məlum olub ki, S. Mustafayevin oğurluq etdiyi ev onun sevdiyi Tağıyeva Gülnur Vaqif qızının xalasına məxsusdur. Oğurluqdan bir gün əvvəl S. Mustafayev və G. Tağıyeva birlikdə həmin evə gediblər. Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, S. Mustafayev şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR