Bank Of Baku

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb
# 14 avqust 2008 10:03 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu – APA. Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, 2007-ci ildə Cəlilabad rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1989-cu il təvəllüdlü Asif Mütəllim oğlu Məlikov Ağdam istiqamətində xidməti vəzifəsini yerinə yetirərkən çiynindən güllə yarası alıb. Hospitala yerləşdirilən yaralının səhhəti qənaətbəxşdir.

Müdafiə Nazirliyin mətbuat xidmətindən APA-ya məlumat təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR