Bank Of Baku

Narkotik vasitələrin satışında təqsirləndirilən Bərdə sakini tutulub

Narkotik vasitələrin satışında təqsirləndirilən Bərdə sakini tutulub
# 14 avqust 2008 10:04 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Bərdə RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz saxlanması və satışı ilə məşğul olan rayon sakinini həbs ediblər. APA-nın Qarabağ bürosunun məlumatına görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonunun Mustafalı kəndində yaşayan Səfərov Samir Mirzə oğlunun həyətyanı sahəsindən ümumi çəkisi 2150 qram olan 14 ədəd aqrotexniki qaydada qulluq edilib becərilmiş narkotik tərkibli çətənə kolu aşkarlanaraq götürülüb. Həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Samir Səfərovun yaşadığı evin eyvanından özü üçün saxladığı qurudulmuş 464,83 qram marixuana da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR