Bank Of Baku

Azərbaycanlı deputatın Moskvada həbs olunan oğlunun məhkəməsi avqustun 20-dən sonra başlayacaq

Azərbaycanlı deputatın Moskvada həbs olunan oğlunun məhkəməsi avqustun 20-dən sonra başlayacaq
# 14 avqust 2008 11:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu Etimad İsmayılovun işi üzrə məhkəmə prosesi avqustun 20-dən sonra başlayacaq. E. İsmayılovun vəkili Cərulla Ramazanovun APA-ya açıqlamasında məhkəməyə təqdim olunan istintaq materialları ilə tanış olduğunu, irəli sürülən ittihamla razılaşmadığını bildirib. İşə Çelyabinsk şəhər Məhkəməsində baxılmasını istəməyən vəkil deyib ki, prosesin Rusiya Federal Məhkəməsində keçirilməsi üçün zəruri tədbirlər görülür. Vəkilin sözlərinə görə, işlə bağlı Rusiya rəhbərliyinə edilən müraciətlərin müsbət nəticəsi olmayıb.
Qeyd edək ki, E. İsmayılov bu il martın 25-də gecə Moskva, Domodedovo hava limanında saxlanılıb. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 159.4 (dələduzluq) və 274/1 4-cü hissəsi (çirkli pulları yuyulması) maddələri ilə ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR