Bank Of Baku

Lənkəranda sürücü 71 yaşlı kişini vurub

Lənkəranda sürücü 71 yaşlı kişini vurub
# 14 avqust 2008 20:29 (UTC +04:00)
Lənkəran şəhər Polis Şöbəsinin müstəntiqi Nurəddin Heydərovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə şəhərin Vaqif küçəsində qeydə alınlb. Şəhər sakini, 25 yaşlı Emin Faiq oğlu Bağırzadə idarə etdiyi “Oka”` markalı 42 BL 481 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada, Lənkəran rayon sakini, 71 yaşlı Sadıq Əyyub oğlu Mirzəyevi vurub.

Sürücü zərərçəkmişi dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR