Bank Of Baku

Fərhad və Rafiq Əliyevlər cəzaçəkmə müəssisəsinə köçürülüblər

Fərhad və Rafiq Əliyevlər cəzaçəkmə müəssisəsinə köçürülüblər
# 15 avqust 2008 08:07 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev 1 saylı İstintaq Təcridxanasından 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Bu barədə APA-ya sabiq nazirin vəkili İsaxan Aşurov bildirib. Vəkilin sözlərinə görə, onun qardaşı “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev isə 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Qeyd edək ki, məhkəmənin hökmü ilə F. Əliyev 10, R. Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 192-ci (qanunsuz sahibkarlıq), 206-cı (qaçaqmalçılıq), 213-cü (vergi ödəməkdən yayınma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci, (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR