Bank Of Baku

Yardımlıda dəhşətli qətl hadisəsi baş verib – YENİLƏNİB

Yardımlıda dəhşətli qətl hadisəsi baş verib – <font color=red>YENİLƏNİB</font>
# 15 avqust 2008 08:11 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Yardımlı rayonunda qətl hadisəsi baş verib. Yardımlı rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şamil Seyidli APA-ya bildirib ki, bu gecə Yardımlı rayon sakini, 1958-ci il təvəllüdlü Musayev Çingiz Müzəffər oğlu həmyerlisi, 1968-ci il təvəllüdlü Ağayev Yadulla Xanhüseyn oğlunu qısqanclıq zəminində qətlə yetirib.

Ş. Seydlinin sözlərinə görə, Ç. Musayev Y. Ağayevi baldızı ilə yaxınlıq etdiyi üçün çoxsaylı bıçaq zərbələri ilə öldürüb. Y. Ağayevin həbs olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilib. O, Yardımlının Züvüç kəndinin yaxınlığında yaxalanıb. Polis rəisi Y. Ağayevin həbs olunarkən polisə müqavimət göstərmədiyini deyib.

Baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işinin başlandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR