Bank Of Baku

Sumqayıtda yerləşən “N” saylı hərbi hissənin ərazisində yanğın baş verib

Sumqayıtda yerləşən “N” saylı hərbi hissənin ərazisində yanğın baş verib
# 15 avqust 2008 10:28 (UTC +04:00)
Sumqayıt – APA. Bu gün saat 11.50 radələrində Azərbaycanın Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissənin ərazisindəki avtoparkda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyevin APA-ya verdiyi məlumata görə, yanğın barədə çağırış 11.54-də daxil olub. Yanğınsöndürənlər saat 12.52-də lokallaşdırılan yanğını tam söndürməyə çalışırlar. Hadisə nəticəsində avtoparkdakı şinlər və böyük ərazidə qamışlıq yanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR