Bank Of Baku

Salyanda tut ağaclarında xəstəlik yaranıb

Salyanda tut ağaclarında xəstəlik yaranıb
# 15 avqust 2008 11:29 (UTC +04:00)
Salyan. Əlibəy Zeynalov - APA. Salyanda tut ağaclarının yarpaqlarında xəstəlik yaranıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon İcra Hakimiyyətinin aqrar şöbəsinin baş aqronomu Novruz Kazımov bildirib. Onun sözlərinə görə, rayon ərazisindəki tut ağaclarının yarpaqlarında Amerika ağ kəpənəyi və Yapon yastıcası qurdlarının törətdiyi xəstəlik nəticəsində tut ağacları kütləvi şəkildə quruyur. Qurumanın qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülür. Bu məqsədlə Salyan rayon aqrar şöbəsi və digər əlaqədar təşkilatlar rayon ərazisində və şəxsi həyətlərdə ağacların yarpaqlarına dərmanlar səpir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR