Bank Of Baku

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri İlhamə Quliyevanın həbsdəki oğlu ilə görüşüb

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri İlhamə Quliyevanın həbsdəki oğlu ilə görüşüb
# 15 avqust 2008 11:56 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli – APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Əhmədağa oğlu Nadirovla görüşüb. Bu barədə APA-ya hüquq müdafiəçisinin özü məlumat verib. Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi üzrə saxlanılan O. Nadirov özünü günahkar saymadığını, saxlanma şəraitindən heç bir narazılığı olmadığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR