Bank Of Baku

Rusiyada bir azərbaycanlı öldürülüb, bir neçəsi isə yaralanıb

Rusiyada bir azərbaycanlı öldürülüb, bir neçəsi isə yaralanıb
# 21 avqust 2008 13:15 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Rusiyada azərbaycanlılar arasında düşən dava bir nəfərin ölümü ilə nəticələnib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Rusiya Federasiyasının Nijnıy-Novqorod şəhərində baş verib. İşləmək məqsədi ilə Rusiyaya gedən Zaqatala sakinləri orada yeyib içdikdən sonra aralarında dava düşüb.

Pul üstündə düşən dava zamanı Zaqatala rayonunun Suvagil kənd sakini, 1974-cü il təvəllüdlü Mübadil Qeybullah oğlu Pirimov digər kəndçiləri tərəfindən bıçaqlanıb. Zərərçəkən aldığı bıçaq zərbəsindən yerindəcə keçinib. Suvagil kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, hadisə zamanı daha bir neçə nəfər ağır yaralanıb, onlar Nijnıy-Novqorod şəhərində xəstəxanaya yerləşdiriliblər.
Qətlə yetirilmiş M. Pirimovun cəsədi bu gün doğulduğu Suvagil kəndinə gətirilərək torpağa tapşırılıb.

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Saxlanılanların olub-olmadığı barədə məlumat yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR