Bank Of Baku

Yetkinlik yaşına çatmamış qızı qaçırmağa cəhd göstərən Qobustan sakini həbs olunub

Yetkinlik yaşına çatmamış qızı qaçırmağa cəhd göstərən Qobustan sakini həbs olunub
# 22 avqust 2008 12:10 (UTC +04:00)
Qobustan. Hafiz Heydərov-APA. Qobustan polisi 16 yaşlı qızı zorla qaçırmaq istəyən rayon sakinini həbs edib. Bu barədə APA-ya Qobustan rayon Polis Şöbəsinin (RPŞ) rəisi Şahin Bəbirov məlumat verib. Onun sözlərinə görə, hadisə rayonun Poladlı kəndində baş verib. Rayon sakini, 1984-cü il təvəllüdlü Mübariz Əlioğlan oğlu İsmayılov Poladlı kənd sakini, 1992-ci il təvəllüdlü Sevinc Balaməmməd qızı Nəzərovanı zor tətbiq etməklə qaçırmağa cəhd göstərib. Lakin kənd sakinlərinin müdaxiləsi nəticəsində M. İsmayılovun planı baş tutmayıb. Kənd sakinləri onu yaxalayaraq polisə təhvil veriblər. Faktla əlaqədar M. İsmayılovun artıq həbs edildiyini vurğulayan Ş. Bəbirov onun barəsində CM-nin 144.3-cü ( adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işinin açıldığını bildirib. Qeyd edək ki, təqsirləndirilən şəxsin günahı sübuta yetirilərsə onu 10 ildən 15-ilədək həbs cəzası gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR