Bank Of Baku

Şəkidə oğul atasını boğaraq qətlə yetirib

Şəkidə oğul atasını boğaraq qətlə yetirib
# 24 avqust 2008 18:03 (UTC +04:00)
Rayon sakini, 1988-ci il təvəllüdlü Anar Məzahir oğlu Qasımov öz doğma atası 1963-cü il təvəllüdlü Məzahir Qasım oğlu Qasımovu boğaraq öldürüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A. Qasımov saxlanılıb.

İlkin araşdırmalara görə, qətl ailə münaqişəsi zəmnində baş verib. Məlum olub ki, A. Qasımovun atası uzun illər spirtli içki qəbul edib və sərxoş həyatı yaşayıb. Atasının illərlə evə sərxoş gəlib, hər kəsi təhqir etməsinə dözməyən A. Qasımov onu boğaraq qətlə yetirib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR