Bank Of Baku

Masallı sakinindən tiryək götürülüb

Masallı sakinindən tiryək götürülüb
# 25 avqust 2008 07:30 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. Masallıda narkotik vasitələrdən istifadə etməkdə təqsirləndirilən si rayon sakini saxlanıb. Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Sarıxan Mirzəyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon sakini, 1963-cü il təvəllüdlü Vüsal Vaqif oğlu Cəfərovdan 2,2 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb. İstintaqa verdiyi ifadəsində saxlanılan şəxs on ildən çoxdur, narkotik vasitə qəbul etdiyini etiraf edib.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR